Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda "kölgə iqtisadiyyatı" ilə mübarizə yolları araşdırılacaq
Bakıda "kölgə iqtisadiyyatı"na qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə konfransın təşkilat komitəsinin üzvü, Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib.
Konfransın sentyabrın 13-də Bakıda keçiriləcəyi gözlənilir.
"Kölgə iqtisadiyyatı"na qarşı mübarizə üzrə elmi-praktik konfransı Azərbaycan Vergilər Nazirliyi, İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə keçiriləcək.
Tədbirdə iqtisadi inkişafın mühüm amilləri müzakirə ediləcək.
V.Novruzovun sözlərinə görə, konfransda 10-a yaxın ölkənin nümayəndələrinin - "kölgə iqtisadiyyatı" üzrə görkəmli alimlərin, vergi, audit, hesabatlılıq və mühasibatlıq üzrə mütəxəssislərin, beynəlxalq peşəkar qurumların, ölkəmizin dövlət və qeyri-hökumət təşkilatlarını, özəl sektoru və elmi tədqiqat institutlarını təmsil edən 60-dan çox qurumdan 150-dək nümayəndənin iştirakı gözlənilir.
Könül Cəfərli
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?