Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus qeyri-qanuni fəaliyyət göstərən müəssisədə polad zolaqların və polad dördkünclərin istehsal olunduğunu müəyyən edib.
Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Oxu.Az-a bildirilib.
Komitə bildirib ki, müəssisədə metal məhsullarının istehsalı üçün standartın tələblərinə uyğun heç bir şəraitin olmadığı müəyyən olunub:
“Bununla əlaqədar olaraq, Vergilər və Fövqəladə Hallar Nazirliyinə rəsmi məlumat verilib”-deyə, komitədən deyilib.
Ülviyyə R. Əli
www.oxu.az