Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanvarın 5-də keçirilmiş hərracda satılan nəqliyyat vasitələrinin adlarını açıqlayıb.
ƏMDK-dan Oxu.Az-a verilən məlumata görə, ötən həftə keçirilmiş hərracda cəmi 2 ədəd avtomobil satılıb.
Belə ki, 2004-cü il istehsalı olan VAZ-21213; 1343 manata, 2005-ci il istehsalı olan Nissan Patrol isə 7825 manata satılıb.
Qeyd edək ki, adıçəkilən avtomobillərin start qiyməti ilə satış qiyməti eyni olub.
Xatırladaq ki, Bakının avtomobil bazarında 2005-ci il istehsalı olan Nissan Patrol –un qiyməti nə az nə çox düz 12 000 dollardır və ya 18 770 manatdır.
Ülviyyə R. Əli
www.oxu.az