Bakı şəhərinin Atatürk prospektində, eləcə də F.Xoyski və Vaqif prospektlərində yeni yeraltı avtomobil tunel kompleksində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən Oxu.Az-a məlumata görə, bu axşam saat 22:00-dan etibarən Qələbə meydanında (Gənclik dairəsi) yeni istifadəyə verilmiş tunel tipli yol qovşağında elektron tabloların quraşdırılması ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
Qeyd edək ki, Bakı şəhərinin Atatürk prospektində, yeni yeraltı avtomobil tunel kompleksin açlışı 2013-cü ilin sentyabrın 2-də olub.