Azərbaycanın paytaxtında yaxın beş ildə daha üç metro stansiyası inşa olunacaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, tikinti işləri üzrə baş podratçı “Azərtunelmetrotikinti”dir. “Akkord” şirkətinin vasitəçiliyi ilə Fransanın “Buiq” və Ukraynanın “İnterbudmontaj” şirkətləri də layihənin icrasına cəlb olunub.
Metropoliten idarəsinin rəis müavini və tikilən metropoliten müdiriyyətinin rəisi Arif Rəsulovun bildirdiyinə görə, hər üç stansiya Nobel prospektində yerləşəcək.
Yaşıl xəttin “Xətai”dən sonrakı ilk yeraltı dayanacağı “Ağşəhər” layihəsinin başlandığı yerdə, üçüncüsü isə Bakı avtomobil zavodunun ərazisində olacaq.