“Azərbaycan Dəmir Yolları” QSC Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar yaranacaq sərnişin sıxlığını nəzərə alaraq Bakı-Tbilisi istiqamətində turist qatarı buraxacaq.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.
Qurum rəsmisi deyib ki, dekabrın 29-dan 31-dək sərnişin sıxlığı gözlənildiyindən Sərnişindaşıma Departamenti hazırda ehtiyatda olan qatarlara texniki baxış keçirib.
“Turist qatarına gəlincə isə o, Bakı-Böyük Kəsik istiqamətində getmək istəyən sərnişinlərə də xidmət edəcək. Bu qatarın qiymətində dəyişiklik olmayacaq. Qiymətlər Bakı-Tiflis qatarına olan qiymətlərlə eyni olacaq”, - deyə o bildirib.