“BakuBus” MMC-nin yaradılması Bakı şəhərinin nəqliyyatının tənzimlənməsi formasını dəyişməyəcək.
Oxu.Az abc.az-a istinadla xəbər verir ki, Azərbaycan Nəqliyyat Nazirliyinin Avtomobil Nəqliyyatı Dövlət xidmətində yeni şirkətin fəaliyyət tarixi dəqiq deyilməyib.
“İndi Nazirlər Kabinetinin qərarı ilə yer müəyyən ediləcək, sonra şirkət üçün bina tikiləcək, sonra Nəqliyyat Nazirliyi tərəfindən lisenziya verilmiş avtobuslar alınacaq. Başqa sözlə Bakı İcra Hakimiyyəti yanında nəqliyyat şirkətinin yaradılması paytaxt nəqliyyatının idarəsinin meriyaya verilməsi demək deyil”, - dövlət xidmətində deyilib.
Azərbaycan Nazirlər Kabinetinin 92№-li Qərarı ilə Bakı Şəhəri İcra Hakimiyyəti nəzdində “BakuBus” MMC yaradılıb. MMC tamamən dövlətə məxsusdur, özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərəcək. MMC-nin nizamnamə kapitalının formalaşdırılması, eləcə də ilkin mərhələdə fəaliyyət formalaşacaq, əsasən də avtobusların ilkin partiyasının alınması üçün 2014-cü il dövlət büdcəsi fondundan 30 milyon manat ayrılacaq.