Dekabr ayının 12-dən etibarən Bülbül küçəsinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasında yol asfalt örtüyünün təmirinə bağlanacaq.
Bakı Şəhər Haqlasından Oxu.Az-a daxil olan məlumata görə, avtomobillərin hərəkətinə qoyulacaq məhdudiyyətlər artıq dekabr ayının 13-dən 14-nə keçən gecə, Bazar ertəsi aradan qaldırılacaq.
Təmir işləri Bakıda keçiriləcək Formula 1 yarışı ilə bağlıdır.
Xatırladaq ki, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir.
Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir. Yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və qran pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.
E.Ə.
www.oxu.az