Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, Heydər Əliyev prospekti kənar yolda (Bağırov körpüsünün üstü, şəhər istiqamətində) baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində tıxac yaranıb.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti əsas yoldan istifadə etmələri tövsiyə olunur.
Qeyd edək ki, Bakı şəhərinin yollarında olan son vəziyyətlə bağlı operativ məlumat hər 30 dəqiqədən bir 107.7 – “AvtoFM” radiosunun efirində açıqlanır.
E.Ə.
www.oxu.az