Xətai rayonunun Xocalı prospektində təmir işləri başa çatıb.
Ümumi uzunluğu 1100 m-dən artıq olan prospekt əsaslı şəkildə yenidən qurulub.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, prospekt boyu kommunikasiya xətləri dəyişdirilib, qranit səki daşları düzülüb, asfalt-beton örtük, yağış barmaqlıqları, kommunikasiya quyularının dəmir-beton piltələri və baxış qapaqları yenisi ilə əvəz edilib.