Abdulvahab Salamzadə küçəsində (yol ötürücüsünün üstündə) aparılan təmir işləri ilə əlaqədar olaraq Qələbə dairəsindən Ziya Bünyadov prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilib.
Sürücülərə alternativ olaraq Abdulvahab Salamzadə küçəsi - kənar yoldan və Cavadxan küçəsindən istifadə etmələri tövsiyə olunur.
