Bakının mərkəzində təmirə bağlanan yol açılıb.
Oxu.Az xəbər verir ki, Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Zərifə Əliyeva küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməsinə qədər olan hissəsində və Bülbül prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən Neftçilər prospekti ilə kəsişməsinə qədər olan hissəsində asfalt örtüyünün yenilənib.
Ərazidə asfalt örtüyünün yenilənməsi işləri tamamlandığı üçün yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.