Son dövrlərdə “Baku Electronics” MMC tərəfindən satılan məişət avadanlıqlarının qiymətlərinin süni şəkildə artırıldığı barədə çoxsaylı müraciətlər daxil olub.
Aparılan araşdırmalar zamanı “Baku Electronics” MMC tərəfindən satılan məişət avadanlıqlarının qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilib.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin yaydığı məlumatda deyilir.
Xidmət bildirir ki, bununla əlaqədar “Baku Electronics” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.