Hal-hazırda Avropa Oyunları 2015-də iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibi 460 nəfərdən ibarətdir.
Oxu.Az xəbər verir ki, onların arasında 166 kişi və 129 qadın idmançı var - cəmi 295 nəfər. 440 nəfər Bakıda Olimpiya kəndində, təxminən 20 nəfər avarçəkmə üzrə yarışların keçiriləcəyi Mingəçevirdə yaşayacaq.
Azərbaycan MOK-un Beynəlxalq şöbəsinin rəhbəri Könül Nurullayevanın sözlərinə görə, bu, ilkin rəqəmlərdir, onlar dəyişəcək.
F.H.
www.oxu.az