“Bank BTB” Sahibkarlığın İnkişafı Fondu ilə birgə kiçik və orta bizneslə məşğul olan sahibkarlara dəstək olmağa davam edir. Belə ki, SİF-in dəstəyi ilə verilən biznes kreditləri 7.5 %-lə, 12 ay güzəşt müddəti olmaqla 3 ilədək təklif olunur. Layihə üzrə kreditlərin maksimum məbləği 3 milyon AZN təşkil edir.
Qeyd edilən biznes krediti pandemiyadan zərər çəkmiş şəxslərə təqdim edilir. Nəzərinizə çatdıraq ki, “Bank BTB” layihə çərçivəsində sahibkarlara 5 milyon AZN-ə yaxın kredit verib.
Güzəştli kredit əldə etmək istəyən şəxslər “Bank BTB”nin filial şəbəkəsinə və ya bankın onlayn müraciət kanalları olan “Facebook” (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.