Bu ilin birinci rübündə banklar tərəfindən müştərilərə 15,034.0 milyon manat kredit verilib.
Oxu.Az Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən xəbər verir ki, kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat 1,747.4 milyon manat olub. Hansı ki 31 mart tarixinə bu rəqəm 1,726,5 milyon manat təşkil edirdi.
Qeyd edək ki, martın 30-u ilə müqayisədə müştərilərə verilən kreditlər 19,1 milyon manat azalıb. Bu ilin fevralında isə kreditlərin ümumi məbləği 15.395.9 milyon manat olub. Ümumiyyətlə, ilin əvvəlindən müştərilərə verilən kreditlərin həcmi 904,3 milyon manat və yaxud 5,67% azalıb.
L.Ə.
www.oxu.az