2015-ci ilin mayın 1-nə olan məlumata görə, bank müştərilərinin sayı 136 min 140 ədəd , müştəri hesablarının sayı isə 244 min 546 ədəd artıb.
Oxu.Az xəbər verir ki, bu barədə informasiya Azərbaycan Mərkəzi Bankının(AMB) “Müştərilərin bank hesablarının sayı və tərkibi” adlı statistik cədvəlində verilib.
Cədvəldə göstərilir ki, 2015-ci ilin mayın sonuna bankların 5 milyon 273 min 663 ədəd müştərisi olub. Bank müştərilərinin 5 milyon 168 min 438 ədədi fiziki şəxslər, 171 min 164 ədədi sahibakarlıqla məşğul olanlar, 105 min 225 ədədi isə hüquqi şəxslər olub.
Məlumatda görünür ki, hesabat dövrü ərzində bank müştəriləri arasında fiziki şəxslər üstünlük təşkil edib.
Müştəri hesablarından cari hesablar 11 milyon 153 min 454 ədəd, depozit hesabları 419 min 521 ədəd, kredit hesabları 3 milyon 115 min 450 ədəd olub.
Qeyd edək ki, depozit hesabları bir ayda ( aprelin 1-nin, mayın 1-i ilə müqayisəsi) 9,338 ədəd azalıb.
Həmçinin hesabların 10 milyon 974 min 586 nəfəri fiziki şəxslərin, 192 min 878 nəfəri sahibkarlıqla məşğul olanların, 178 min 868 nəfəri isə hüquqi şəxslərin olub.
Ülviyyə R. Əli
www.oxu.az