8 Mart - Qadınlar Günü ərəfəsində “Bank Respublika”da “Yığım əmanəti” üçün hesab açan xanımlara illik faiz dərəcəsi üzərinə +2% hədiyyə olunacaq! Bununla yanaşı, xanımlara əmanətin 100% məbləğində “PayKart” kredit kartı veriləcək.
Bu aksiya mart ayının 7-31-dək bankın bütün filallarında keçiriləcək. Xatırladırıq ki, “Yığım əmanəti” hesabının açılması üçün istənilən şəxs tərəfindən minimum 200 AZN ilkin mədaxilin edilməsi kifayətdir.
3, 6 və 12 aylıq müddətə açılan “Yığım əmanəti”ni hazırda manatla yerləşdirmək mümkündür. Əmanət üzərinə əlavə məbləği isə uyğun olan vaxtda, bank ofisinə gəlmədən “MilliÖN” və “e-Manat” terminallarından, həmçinin bankim.az səhifəsində fasiləsiz xidmət göstərən “İnternet şöbəsi” vasitəsilə mədaxil etmək mümkündür.