Azərbaycanda bank işçilərinin sayı yanvar-may aylarına 16 034 nəfər təşkil edib. İlin əvvəlində bu rəqəm 16 947 nəfər olub.
Oxu.Az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, ilin əvvəlindən bank sektorunu 913 nəfər tərk edib.
Məlum olub ki, hazırda ölkədə 31 bank fəaliyyət göstərir. İlin əvvəlindən 1 bankın lisenziyası ləğv edilib.
L.Ə.