Şirvanda maskalı şəxslər mağazadan oğurluq ediblər.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu gecə saat 04.00 radələrində Şirvan şəhəri Fariz Eynullayev küçəsində yerləşən “Aki –Telekom” mobil telefon və aksesuarlar satılan mağaza qarət olunub.
Şirvan sakini, 1987-ci il təvəllüdlü Babayev Aqşin Hacıbaba oğluna məxsus mağazanın təhlükəsizlik kamerasına düşən görüntülərdən məlum olur ki, obyektə daxil olan 4 maskalı yeniyetmə ümumi dəyəri 3 min manat olan 12 ədəd mobil telefon götürərək oranı tərk edir.
Faktla bağlı Şirvan polisi tərəfindən əməliyyat və istintaq tədbirləri həyata keçirilir.
S.S.
www.oxu.az