Bu il bank sektorundan büdcəyə vergi daxilolmaları 30%-dən çox azalıb.
Oxu.Az xəbər verir ki, bu sözləri vergilər nazirinin müavini Sahib Ələkbərov bu gün jurnalistlər üçün təşkil edilən mətbuat konfransında çıxışı zamanı deyib.
“Adətən bank sektorundan vergi daxilolmaları ilə bağlı ciddi problemlər olmur. Onlar vaxtında vergini ödəyirlər. Amma builki hazırki iqtisadi vəziyyətlə əlaqədar olaraq, 30%-lik azalma müşahidə edilir. Bu isə kifayət qədər böyük rəqəmdir”.
Ülviyyə R. Əli
www.oxu.az