"Bank VTB" (Azərbaycan)-ın komandası Azərbaycan şirkətləri arasında mini-futbol üzrə korporativ turnir - AZFAR "Biznes liqası" çempionatının iştirakçısı oldu. "VTB" (Azərbaycan)-ı həm Azərbaycanda, həm də xaricdə dəfələrlə müxtəlif turnirlərdə iştirak edən "VTB Bank" komandası təmsil edəcək.
Ötən il bank "VTB" (Azərbaycan)-ın komandası "AtaHolding" tərəfindən təşkil olunmuş mini-futbol turnirində 1-ci, 2014-cü ildə isə 2-ci yeri tutmuşdur. Bundan başqa, "VTB Bank" komandası 2013 və 2016-cı illərdə Moskvada keçirilən VTB qrupun spartakiadalarında da iştirak edib.
"Biznes liqa" çempionatı Azərbaycanın ən fəal və qabaqcıl şirkətləri üçün nəzərdə tutulub. Belə çempionatda iştirak daxili korporativ münasibətlərin möhkəmlənməsinə, eləcə də, əməkdaşlar arasında fiziki hazırlıq səviyyəsinin artırılmasına və ruh yüksəkliyinin formalaşmasına səbəb olur", - deyə "VTB Bank" komandasının kapitanı Anar Rəhimov qeyd edib.
Arayış üçün:
"Bank VTB" (Azərbaycan) ASC "VTB Bank" ASC-nin törəmə bankıdır. "Bank VTB" (Azərbaycan) ASC-nin səhmdarları: "VTB Bank" ASC və "AtaHolding" MMC-dir. "Bank VTB" (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də, fiziki şəxslərə xidmət göstərir.