28 avqust 2017-ci il tarixində “Bank VTB” (Azərbaycan)-nın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Tədbir bankın baş ofisində, Xətai prospekti 38 ünvanında, saat 11:00-da olacaq.
İclasın gündəliyinə bankın Müşahidə şurasının tərkibi, eləcə də, bankın cari sövdələşmələri haqqında məsələlər daxildir.
Qeyd edək ki, “Bank VTB” (Azərbaycan) “VTB Bank” ASC-nin törəmə bankıdır.
“Bank VTB” (Azərbaycan) ASC-nin səhmdarları: “VTB Bank” ASC və “AtaHolding” ASC-dir.
“Bank VTB” (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də, fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.
L.Ə.