Mayın 2-dən 5-dək Bakı şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı keçiriləcək.
Bu barədə Oxu.Az-a Maliyyə Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, toplantıda 3000-nə yaxın iştirakçının, iştirakı gözlənilir. Toplantı Heydər Əliyev Mərkəzi Bina-1 və yeni inşa edilən Heydər Əliyev Mərkəzi Bina-2-də keçiriləcək.
Məlumatda bildirilir ki, aprel ayının 1-dən 20-dək 70 dən çox yerli, 200-dək isə xarici KİV nümayəndələri tədbiri işıqlandırmaq üçün akkreditasiyadan keçib.
Xatırladaq ki, toplantı “İnkişaf naminə tərəfdaşlığın gücləndirilməsi” devizi altında keçiriləcək.
Qeyd edək ki, Azərbaycan 1999-cu ildən Asiya İnkişaf Bankının üzvidir.
Ülviyyə R. Əli
www.oxu.az