Bu gün səhər saatlarında bir sıra Azərbaycan kommersiya bankları dolların alış və satış məzənnəsinə dəyişiklik edib.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, hazırda dolların ən sərfəli alış qiyməti 1,6700 manat, ən sərfəli satış - 1,6850 manata bərabərdir.
Dəyişikliklərə gəldikdə, məsələn, “Bank of Baku” dünən axşam saatları ilə müqayisədə ABŞ valyutasının alış qiymətini bahalaşdırıb, satışı ucuzlaşdırıb: alışı - 1,6450 manatdan 1,6500 manatadək, satışı 1,7100 manatdan 1,7050 manatadək.
“Amrahbank” isə həm alışı, həm də satışı bahalaşdırıb: alışı – 1,6600 manatdan 1,6650 manatadək, satışı - 1,6800 manatdan 1,6900 manatadək.
“Bank Avrasiya” isə yalnız satış qiymətini ucuzlaşdırıb: 1,7100 manatdan 1,7000 manatadək.
U.A.
www.oxu.az