Bankların müştərilərə verdiyi kreditlərin həcmi və kreditlər üzrə faizlərdən gəliri artıb.
Oxu.Az Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, iyulun birinə bankların müştərilərə verdiyi kreditlərin məbləği 11 mlrd. 712,4 mln. manat təşkil edib.
May ayı ilə müqayisədə kreditlərin həcmi 160,1 milyon manat artıb. İlin əvvəli ilə müqayisədə isə banklar kreditləşməni 374,8 milyon manat çoxaldıb.
Qeyd edək ki, hesabat dövründə banklar kreditlər üzrə faizlərdən 584,3 milyon manat əldə edib.
L.Ə.
www.oxu.az