Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Banklara iyunun 15-nə qədər vaxt verildi
Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bəzi bankların və audit şirkətlərinin rəhbərləri ilə görüş keçirilib.
Palatadan Oxu.Az-a verilən məlumata əsasən, görüşdə bəzi bankların qanunvericiliyə müvafiq olaraq tələb olunan müddətdə maliyyə hesabatlarını açıqlamamasının səbəbləri və bunların aradan qaldırılması yolları müzakirə edilib. Banklara 15 iyun 2017-ci il tarixinə qədər audit hesabatlarını dərc etmək tapşırılıb.
Qeyd edək ki,“Banklar haqqında” qanunun tələblərinə uyğun olaraq banklar maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində maliyyə nəticələrinə dair kənar audit hesabatlarını öz rəsmi internet səhifələrində və kütləvi informasiya vasitələrində dərc etməlidirlər.
Azərbaycanda fəaliyyət göstərən 31 kommersiya bankından 13-ü hələ də 2016-cı ilin audit hesabatını rəsmi internet səhifəsində yerləşdirməyib.
L.Ə.