İyun ayının 7-də banklararası ticarətdə dollar yenidən ucuzlaşıb.
Oxu.Az xəbər verir ki, “Bloomberg” terminalında dollar 1.6860 manata qədər düşüb. Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 0,55% dəyər itirməsi deməkdir. Xatırladaq ki, ötən gün “Bloomberg”də dollar ticarəti 1.6954 manat məzənnəsi ilə yekunlaşmışdı.
L.Ə.