Bu gün ölkənin bir neçə bankı valyutanın satış və alış qiymətlərinə dəyişiklik edib.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, səhər saatlarında banklarda dolların ən sərfəli alış məzənnəsi - 1,6800 manat, satış - 1,6850 manata bərabərdir.
Araşdırmaya əsasən, dünən axşam saatları ilə müqayisədə “Amrahbank” dolların alışını və satışını 0,5 qəpik ucuzlaşdırıb: alışı 1,6750 manatdan 1,6700 manatadək, satışı 1,6900 manatdan 1,6850 manatadək.
“Bank of Baku”, həmçinin hər iki göstəricini ucuzlaşdırıb: alışı 1,6700 manatdan 1,6600 manatadək, satışı - 1,7150 manatdan 1,7030 manatadək. “NBC Bank” dolların alışını 1,5 qəpik ucuzlaşdıraraq satışı 1 qəpik bahalaşdırıb: alışı 1,6750 manatdan 1,6600 manatadək, satış 1,6900 manatdan 1,7000 manatadək.
“Bank Silk Vey” və “Yapı Kredi Bank Azərbaycan” ABŞ valyutasının yalnız alış məzənnəsini bahalaşdırıb:
“Bank Silk Vey”də 0,5 qəpik bahalaşıb: 1,6650 manatdan 1,6700 manatadək; “Yapı Kredi Bank Azərbaycan” isə 1 qəpik artırıb: 1,6600 manatdan 1,6700 manatadək.
U.A.
www.oxu.az