Cari ilin iyul ayında ölkədə fəaliyyət göstərən banklar tərəfindən əhaliyə 189,307 mln. dollar satılıb, eləcə də, əhalidən 175,342 mln. dollar alınıb.
Mərkəzi Bankdan Oxu.Az-a verilən xəbərə görə, iyun ayı ilə müqayisədə dolların alış və satışı artıb.
Belə ki, iyun ayında 148,522 mln. dollar, alışı satışı 167,596 milyon manat olub. Bu da nağd dollar alışının 18,1%, satışının isə 13% artması deməkdir.
Qeyd edək ki, hesabat dövründə dolların orta məzənnəsi 1.6984 manat təşkil edib.