Ötən ilin dekabr ayının 1-i tarixinə nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı banklar tərəfindən 182 mln. 484,2 min dollar alınıb, 172 mln. 735.3 min dollar satılıb.
Oxu.Az xəbər verir ki, dollar satışı kəskin azalıb.
Belə ki, banklar noyabr ayının 1-i tarixinə 202 mln. 513.9 min dollar satışı reallaşdırıblar.
Hesabat dövründə avro ilə mübadilə əməliyyatlarının həcmi də azalıb. Nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 152 mln. 97.3 min manat avro alınıb, 80 mln. 931.0 min manat avro satılıb. Bu da əvvəlki ayla müqayisədə avronun alış və satışının azalması deməkdir.
L.Ə.
www.oxu.az