Bu gün səhər saatlarında Azərbaycan kommersiya bankları dolların məzənnəsinə dəyişiklik edib.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, hazırda dolların ən sərfəli alış məzənnəsi 1,6520 AZN, ən sərfəli satış məzənnəsi isə 1,6500 AZN-dir.
Belə ki, dünən axşam saatlarında “NBC Bank” dolları 1,6500 manata alıb, 1,6900 manata satırdı.
Bu gün saat 10-da bu göstəricilər müvafiq olar 1,6400 və 1,6800 manata bərabərdir. Bundan başqa,“Yapı Kredi Bank Azərbaycan” məzənnəyə dəyişiklik edib: dolların alışını 1,6320 manatadan 1,6400 manata, satışını 1,6920-dən 1,6950 manatadək yüksəldib.
“Günay Bank” həmçinin dolların satış qiymətini ucuzlaşdırıb: 1,6750 manatdan 1,6680 manatadək.
U.A.
www.oxu.az