Bu gün Mərkəzi Bank və Neft Fondu tərəfindən keçirilən valyuta hərracından sonra bir sıra Azərbaycan kommersiya bankları ABŞ valyutasının məzənnəsinə yenidən dəyişiklik edib.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, hazırda dolların ən sərfəli alış qiyməti 1,6750 manata “Turanbank”da, ən sərfəli satış 1,6800 manata “Amrahbank”dadır.
Belə ki, hərracdan sonra bir sıra bank dolların alış-satış qiymətlərini ucuzlaşdırıb. Məsələn, “Amrahbank” hər iki göstəricini 0,50 qəpik ucuzlaşdırıb: alışı - 1,6700 manatdan 1,6650 manatadək, satışı 1,6850 manatdan 1,6800 manatadək.
“Günaybank” dolların alış məzənnəsini 1,6720 manatdan 1,6700 manatadək, satışı 1,6850 manatdan 1.6800 manatadək ucuzlaşdırıb.
“Nikoil Bank” alışı 1,6700 manatdan 1,6600 manatadək, satışı 1,7100 manatdan 1,7050 manatadək ucuzlaşdırıb.
“Bank Silk Vey” yalnız satış qiymətini ucuzlaşdırıb: 1,7000 manatdan 1,6820 manatadək. “Turanbank” isə dolların alış məzənnəsini bahalaşdırıb: 1,6700 manatdan 1,6750 manatadək.
11:08
Azərbaycan Mərkəzi Bankında (AMB) keçiriləcək hərrac öncəsi kommersiya banklarında dolların alış və satış qiymətlərinin dünən ilə müqayisədə ciddi dəyişmədiyi müşahidə olunur. Dolların ən yüksək alış və ən aşağı satış qiymətlərində də ciddi dəyişiklik müşahidə olunmur.
Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, dünən günorta saatlarında banklarda dolların ən aşağı satış qiyməti 1,68 manatdan 1,6750 manata düşsə də, axşama yaxın yenidən 1,68 manata qalxdı.
Bu gün səhər də (saat 10:00) dolların ən aşağı satış qiyməti 1,68 manat olub. “Bank of Baku” alışı 1,66 manatdan 1,65 manata, satışı isə 1,7030 manatdan 1,69 manata, “Bank Avrasiya” alışı 1,6680 manatdan 1,66 manata endirib.
“Yapı Kredi Bank” Azərbaycan isə dolların alış qiymətini 1,65 manatdan 1,6720 manata qaldırıb, satışı isə 1,71 manatdan 1,7050 manata endirib. “PAŞA Bank” dolların alış qiymətini 1,66 manatdan 1,6550 manata, satışı isə 1,7090 manatdan 1,7060 manata endirib.
“NBC Bank” dolların satış qiymətini 1,70 manatdan 1,69 manata salıb. “GünayBank” alışı 1,67 manatdan 1,6720 manata, satışı isə 1,68 manatdan 1,6850 manata qaldırıb.
“Amrahbank” alışı 1,6650 manatdan 1,67 manata, satışı isə 1,68 manatdan 1,6850 manata qaldırıb.
Mənbə: azn.az
U.A.
www.oxu.az