2018-ci ilin yanvar-iyun aylarında əhalinin bank əmanətləri 8 milyard 109,3 milyon manatadək artıb.
Mərkəzi Bankdan Oxu.Az-a verilən xəbərə görə, əhalinin xarici valyutada əmanətləri 0,6% azalaraq, 5 milyard 60,6 milyon manat təşkil edib.
Xarici valyutada əmanətlərin bütün əmanətlərin strukturunda payı 62,4% təşkil edib.
Hesabat dövründə əhalinin milli valyutada əmanətlərinin həcmi 20,3% - 3 milyard 48,7 milyon manatadək artıb.
L.Ə
www.oxu.az