Oxu.Az ölkəmizdə nağd pul krediti verən banklar və onların şərtlərini araşdırıb.
Bu dəfə isə bankların təklif etdiyi maksimum nağd pul kreditinin həcmi, şərtləri və həmin bankların siyahısı hazırlanıb.
Qeyd edək ki, bu kreditlər istehlak kreditləri qrupuna aiddir. Banklar sizə maksimum siyahıda göstərilmiş məbləğdə kredit verə bilər:
Həmçinin bax: İstehlak krediti verən banklar.
Kredit “Kapital Bank”dan maaş və pensiya kartı olan şəxslərə verilir. Son iş yerində staj minimum 3 ay olmalıdır. Təqaüdçülər üçün isə belə bir tələb yoxdur. Xüsusi hallarda zamin tələb edilə bilər.
“Beynəlxalq Bank”dan əməkhaqqı və ya pensiya kartı olmalıdır.
Kreditgötürən əməkhaqqını “Azər Türk Bank”dan almalıdır.
“Bank of Baku”dan kredit almaq üçün iş yeriniz bu bankın partnyorlarından biri olmalıdır. İş yerinizin “Bank of Baku”nun partnyoru olub-olmamasını öyrənmək üçün bankla əlaqə saxlamalısınız.
Ümumilikdə, kredit üçün bütün banklar tərəfindən iş yerindən arayış və ya gəlirləri təsdiq edən sənəd və şəxsiyyət vəsiqəsi tələb olunur. Bəzi hallarda isə zamin tələbi ola bilər. Kredit üçün faiz dərəcələri sizin iş yerinizdən və kredit tarixçənizdən asılı olaraq dəyişə bilər.
Qeyd edək ki, məlumatlar banklarla əlaqə saxlanılaraq toplanmışdır.
| Bank | Məbləğ(AZN) | Müddət (Ay) | Faiz |
| Bank Silk Way1 | 30000 | 24 ay | 16-18% |
| CDB Bank | 30000 | 24 | 32% |
| Kapital Bank2 | 20000 | 3-40 | 26,84% |
| Beynəlxalq Bank3 | 15000 | 24 | 27-29% |
| AccessBank | 10000 | 6-24 | 29% |
| Dəmirbank | 10000 | 36 | 27-29% |
| AFB Bank | 10000 | 12 | 26-30% |
| Azər Türk Bank4 | 10000 | 12-24 | 24-26% |
| Bank Avrasiya | 10000 | 12 | 27% |
| Yapı Kredi Bank Azərbaycan | 10000 | 3-36 | 28% |
| Bank BTB | 5000 | 3-36 | 32-38% |
| Bank of Baku5 | 5000 | 6-12 | 26-32% |
| Bank Respublika | 5000 | 6-12 | 32% |
| Expressbank | 5000 | 12-36 | 28-30% |
| Turanbank | 5000 | 18 | 29% |
| Unibank | 5000 | 3-24 | 30% |
| Rabitəbank | 1000 | 12 | 27% |
Mənbə: Banco.az
U.A.
www.oxu.az