2015-ci il mayın 1-nə olan məlumata görə, bank sektorunun aktivləri 29 milyard 238.4 milyon manat təşkil edib.
Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, bu da ilin əvvəlinə olan göstəricidən 16.11% və ya 4 milyard 055.9 milyon manat çoxdur.
Bankın məlumatına görə, son 1 ildə isə bankların aktivləri 7 milyard 228.9 milyon manat və ya 32,84% artıb.
Ülviyyə R. Əli
www.oxu.az