Rusiya Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında ən yüksək nəticə uğrunda mübarizə aparacaq və Yay Olimpiya Oyunlarına maksimum lisenziya almağa çalışacaq.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Olimpiya komitəsinin prezidenti Aleksandr Jukov bildirib.
“Bizim çox güclü komandamız var. Bakıda keçiriləcək Avropa Oyunlarında Rusiyanın şərəfini olimpiya və dünya çempionları qoruyacaqlar. Obyektiv olaraq deyə bilərəm ki, yarışlara bir çox idman növlərində ən güclü idmançılar gedir. Buna görə də hesab edirəm ki, ümumi komandalar arasında birnci yer uğrunda mübarizə aparacağıq. Bizim komandamızın potensialı çox güclüdür”, - Jukov deyib.
Qeyd edək ki, Bakıda keçiriləcək ilk Avropa Oyunlarında 6000-dək idmançı 20 növ üzrə 253 dəst medal uğrunda mübarizə aparacaq. On iki idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə kamandan oxatma, atletika, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş və voleybol daxildir.
Yarışlarda Rusiya 367 idmançı təmsil ediləcək.