2015-ci ilin iyunun 1-nə bank sektorunun aktivləri 29 milyard 67,2 milyon manat təşkil edib.
Oxu.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2015-ci ilin yanvarın 1-nə olan göstəricidən 15,43% və ya 3 milyard 884,7 milyon manat çoxdur.
Bundan əlavə, bank bildirir ki, bir ay ərzində bank aktivləri (1 may və 1 iyun tarixlərinə olan göstəricilərin müqayisəsi) 171,2 milyon manat və ya 0,6% azalıb.
Ülviyyə R. Əli
www.oxu.az