Ölkədə dolları qıtlığı yaşandıqca və dollara tələbat artdıqca, Dövlət Neft Fondunun bazara çıxartdığı dolların alıcılarının sayı da artmaqdadır. Paralel olaraq bankların dollara olan təlabatı da kəskin yüksəlir.
Oxu.Az -a Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bu gün sentyabrın 6-da Bloomberg platforması üzərindən həyata keçirilən valyuta hərracı zamanı dollarla bağlı banklardan daxil olan sorğuların ümumi məbləği 588 milyona çatıb.
Neft Fondu isə bu qədər böyük tələbin yalnız 50 milyonunu ödəyə bilib.
12:29
Bu gün Dövlət Neft Fondu (SOFAZ) tərəfindən 50 milyon dollar məbləğində vəsait hərraca çıxarılıb və 30 banka satılıb.
Bu barədə Neft Fondundan Oxu.Az-a bildirilib.
İl ərzində SOFAZ tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Ülviyyə R. Əli
www.oxu.az