Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) bağlanmış kommersiya banklarının ləğv edilməsinə çəkilən xərcləri 5 dəfə azaldıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında ADIF-in icraçı direktoru Azad Cavadov məlumat verib.
“Əgər hansısa bankın aylıq xərci 1,5 mln. manat idisə, hazırda bu rəqəm 200-300 min manatdır.
Çünki ləğvetmə prosesi vahid mərkəzdən, vahid proqram təminatı ilə eyni ofisdə həyata keçirilir”, - deyə Fondun rəhbəri qeyd edib.
U.A.
www.oxu.az