Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının Azərbaycan Mərkəzi Bankına (AMB) olan öhdəlikləri iyul ayının 1-nə 6 milyard 919,1 milyon manat təşkil edib.
Oxu.Az-ın məlumatına görə, “Report”un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, öhdəliyin həcmi iyunun 1-nə olan göstərici ilə müqayisədə 26,6 milyon manat və ya 0,38% azalıb.
Ötən ilin analoji dövrü ilə müqayisədə isə 4 milyard 739,2 milyon manat və ya 3,17 dəfə artıb. İlin əvvəli ilə müqayisədə isə kommersiya banklarının AMB-yə öhdəlikləri 1 milyard 544,1 milyon manat və ya 28,72% artım göstərib.