Cari ilin yanvar-iyun aylarına bankların xalis xarici aktivləri 3161.4 milyon manat təşkil edib. Hansı ki, bir bir ay əvvəl bu rəqəm 3796.3 milyon manat idi.
Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, bu da kommersiya bankları tərəfindən qeyri-rezidentlərlə xarici valyutada, manatla və qiymətli metallarla aparılmış aktiv-passiv əməliyyatların 634,9 milyon manat azalması deməkdir.
Banklarının xarici öhdəliklərinin ümumi həcmi isə 6 829,2 milyon manat olub.Bu da əvvəlki ayla müqayisədə 270,1 milyon manat az, ötən ilin müvafiq dövrünə nisbətdə isə 135,5 milyon manat çoxdur.
L.Ə.