Azərbaycan Mərkəzi Bankının (AMB) statistik göstəricilər bülleteninin məlumatına görə, Azərbaycanın kommersiya banklarının xarici öhdəlikləri cari ilin fevral ayı üçün 4,232 milyard manat olub, bu isə 2005-ci ilin göstəricisindən 26,75 dəfə çoxdur. O dövrdə bankların xarici öhdəlikləri cəmi 158,2 milyon manat idi.
Oxu.Az “Exo” qəzetinə istinadən xəbər verir ki, “İqtisadi təşəbbüsə dəstək” İB eksperti Samir Əliyevin sözlərinə görə, indiki şərtlərdə bankların borc öhdəlikləri sanballı məbləğdir.
Bu, ölkədə kredit yatırımlarının 27%-i xarici mənimsəmələr hesabına həyata keçirilir deməkdir.
S.Əliyevin qeyd etdiyi kimi xarici öhdəliklər, əsasən xarici kapitalı olan bankların və ya xarici bankların nümayəndəliklərinin hesabına artır.
Cəlb edilən resurslar əsasən müxtəlif proqramların maliyyələşdirilməsinə sərf edilir:
“Bu ipoteka, sahibkarlığın və kənd təsərrüfatının inkişafı üzrə proqramlarıdır. Xarici banklar bu proqramların çərçivəsində Azərbaycan banklarına kreditlər açırlar. Yuxarıda qeyd edilən proqramların realizəsi üçün resursların cəlb edilməsini müsbət qiymətləndirmək lazımdır”.
Bütün problem ondadır ki, kredit yatırımlarının məbləği elə də yüksək deyil, ekspert heyfslənir.
“Problem kredit yatırımlarının ümumilikdə az olmasıdır. Azərbaycan iqtisadiyyatının indiki qabaritləri daha çox maliyyə resursları tələb edir. Bununla yanaşı kredit yatırımlarının 40%-i istehlakçı kreditləridir. Bunun üçün də iqtisadiyyata kredit yatırımlarının 60%-i sərf edilir”.
Bundan başqa, S.Əliyevin dediyinə görə xarici mənbələrdən cəlb edilən kreditlərin faizləri müqayisədə yüksəkdir.
“Məsələ ondadır ki, Azərbaycan bankları tərəfindən cəlb edilmiş kreditlərin faizləri 5%-dən 12%-ə qədərdir.
Xaricdən cəlb edilən kreditlərin faizlərinin yüksək olması, Azərbaycan banklarının reytinqinin aşağı olmasıdır.
Reytinqlər aşağı olduğu üçün Azərbaycan banklarının maliyyə resurslarına birbaşa çıxışı yoxdur. Bununla əlaqədar onlar vasitəçi banka müraciət etməli olurlar. Bu bank kredit alır, ona öz faizlərini əlavə edir və bundan sonra onu Azərbaycan bankına verir. Əgər yuxarıda deyilənləri toplasaq nəticə çıxarmaq olar ki, aşağı həcm və yüksək faiz ucbatından xarici mənimsəmələr ölkə iqtisadiyyatında köklü dəyişikliklər edə bilməz”, - S.Əliyev sözünü yekunlaşdırıb.