Noyabrın 23-dən 26-dək Tayland Krallığının Banqkok şəhərində BMT-nin Asiya Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası çərçivəsində Trans-Asiya Dəmiryol Şəbəkəsi ilə əlaqədar yaradılan İşçi qrupun 4-cü və Quru Limanlar üzrə İşçi qrupun 1-ci iclası keçirilir.
Bu barədə Nəqliyyat Nazirliyindən Oxu.Az-a bildirilib.
“Müzakirələrdə Asiyada müasir yol şəbəkəsinin perspektivləri, həmçinin getdikcə daha çox aktuallıq kəsb etməyə başlayan quru limanlar vasitəsilə daşımaçılığın mövcud vəziyyəti haqqında ətraflı fikir mübadiləsi aparılacaq”, - deyə nazirlikdən qeyd olunub.
Qeyd edək ki, tədbirdə Nəqliyyat Nazirliyinin nümayəndəsi də iştirak edir.
Ülviyyə R. Əli
www.oxu.az