Bu il üçün baramanın satış qiyməti müəyyən edilib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
Yevlax rayonunda səfərdə olan nazir ölkə ərazisində barama istehsalının başa çatmaq üzrə olduğunu bildirib: “Bu il son 20 ilə nəzərən ən yüksək məhsuldarlıq əldə edilib. Bu günə qədər 200 ton barama istehsal edilib.
Ümumilikdə isə bu il 250 ton barama istehsalı nəzərdə tutulub. Bu, çox sevindirici haldır. Hədəflərimiz böyükdür və növbəti ildə daha çox məhsul götürməyi planlaşdırırıq. Ötən il 272 kiloqram brama istehsal edilib, 2015-ci ildə isə 72 kiloqram məhsul əldə olunub. Ötən illərlə müqayisədə bu il barama istehsalı rekord həddə çatıb. Buna səbəb isə bu il Prezident İlham Əliyevin sərəncamına əsasən, baramaçılıqla məşğul olan fermerlərə əlavə subsidiyaların verilməsi oldu”.
H.Əsədov əlavə edib ki, əvvəlki illərdə bir kiloqram barama 4 manat olduğu halda, bu il 5 manat subsidiya verilməklə bərabər, bir kiloqram baramanın qiyməti 9 manatdır.
E.Ə.
www.oxu.az