“Turizm sektorunda qiymətlərin artması bizim də diqqətimizdə olan məsələlərdəndir”.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid məlumat verib.
O bildirib ki, turizm sektorunda qiymətlərin tənzimlənməsi qurumun səlahiyyətlərinə daxil deyil:
“Bazaryönümlü iqtisadiyyatda qiymətlər tələb və təklif əsasında formalaşır. Tərəfimizdən müəyyən xidmət və turizm məhsullarının yaradılması işləri aparılır. Qonaq evlərinin və eko-turizmin yaradılmasına çalışırıq. Bununla da qiymətlərə nəzarət etmirik, sadəcə təklif olunan turizm xidmətlərini artırırıq”.
O qeyd edib ki, bu cür layihələrin tətbiqi ilə hər bir turistin büdcəsinə uyğun turizm xidmətləri təqdim etməyə çalışılır ki, bu proqramların da qiymətlərin azalmasına səbəb ola bilər.
Nigar Məmmədova