Beynəlxalq neft bazarı 2018-ci ilin yarısına qədər balanslaşmayacaq.
Oxu.Az Rusiya mətbuatına istinadən bildirir ki, belə bir bəyanatla OPEC-in baş katibi Məhəmməd Barkindo çıxış edib.
O bildirib ki, OPEC məlumatları daxil olmaqla, proqnozlar ilin ikinci yarısında tunelin sonunda işıq görünəcəyini göstərir.
Qeyd edək ki, OPEC və quruma daxil olmayan ölkələr neft hasilatının gündəlik 1,8 milyon barel azaldılması ilə bağlı razılaşma əldə ediblər.
L.Ə.
www.oxu.az