Baş nazir Artur Rasizadə “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar verib.
Oxu.Az xəbər verir ki, qərarla daxil olmuş ərizəyə gömrük orqanı tərəfindən baxılma müddəti azaldılıb. Daxil olmuş ərizəyə gömrük orqanı tərəfindən iki iş günü ərzində baxılacaq. İndiyə qədər isə qeyd olunan müddət üç iş günü idi.