"Şərqi Avropa və Qərbi Asiya arasında ticarət yollarının kəsişməsində, Qafqaz regionunda strateji mövqedə yerləşən Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üçün mühüm ticarət və investisiya tərəfdaşıdır".
Oxu.Az "Emirates News Agency"yə istinadla xəbər verir ki, bunu BƏƏ-nin xarici ticarət naziri Tani bin Əhməd Əl Zeyudi deyib.
Onun sözlərinə görə, BƏƏ və Azərbaycan arasında imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi (CEPA) Azərbaycan bazarında BƏƏ-li investorlar və iş adamları üçün mühüm imkanlar açır.
Nazir sazişin 2031-ci ilə qədər BƏƏ-nin ümumi daxili məhsuluna (ÜDM) təqribən 680 milyon dollar töhfə verəcəyini və Azərbaycan iqtisadiyyatına təxminən 300 milyon dollar dəstək verəcəyini gözləyir.
O vurğulayıb ki, 2024-cü ildə ikitərəfli qeyri-neft ticarəti 36.2% artaraq 2.24 milyard ABŞ dolları təşkil edib.