"Azərbaycan Dövlət Neft Fondu (ARDNF) indiyədək infrastruktur, enerji və təhsil layihələrinin maliyyələşdirilməsinə təxminən 12 milyard dollar maliyyə vəsaiti qoyub".
Oxu.Az xəbər verir ki, bunu ARDNF-in İcraçı direktorunun müavini Bəhruz Bəhramov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin elmi-praktik konfransında bildirib.
O əlavə edib ki, bu fəaliyyət istiqamətləri nəticəsində ARDNF qeyri-neft sektorunun inkişafında və maliyyə suverenliyinin möhkəmləndirməsində əhəmiyyətli rol oynayıb:
"Bütün bunlarla yanaşı, Fond qlobal miqyasda səmərəli idarəetmə aparan peşəkar investor kimi formalaşıb. Onun investisiya portfeli 60-dan çox ölkəni və minlərlə investisiyada payı olan vəsaitləri əhatə edir. Hazırda fondun vəsaitləri, demək olar, bütün mümkün müxtəlif aktiv siniflərinə - istiqrazlara, səhmlərə, daşınmaz əmlaka, qızıla və alternativ investisiyalara balanslı şəkildə yönəldilib".
Mərahim Nəsib